1 Avqust 23:44
222

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndi ərazisində qeydə alınıb.

Yardımlı rayonu Zevin kənd sakini - 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev idarə etdiyi "QAZ 69" markalı yük avtomobilini yolun kənarına aşırıb.

Qəzada sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan sərnişin - 1990-cı il təvəllüdlü Tağıyev Sadəddin Telman oğlu müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com