Ağsu və Şamaxı rayonlarının dağlıq ərazilərində yenidən yanğınlar başlayıb.
Teleqraf.com xəbər verir ki, iki gün öncə Ağsu və Şamaxı ərazilərində başlayan yanğın bu gün səhər saatlarında söndürülsə də, dağlıq ərazidə əsən külək günün ikinci yarısında yanğının yenidən başlamasına səbəb olub.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.
Qeyd edək ki, yanğınlar əsasən Ağsu və Şamaxı rayonlarının sərhəd hissələrində qeydə alınıb.