Türkiyə ordusunun 1 əsgəri İraqda həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün tvitterdəki hesabında bildirib.
Qeyd edilir ki, hadisə İraqın şimalında baş verib. Türkiyə Silahlı Qüvvələrinin hərbçisi "Pençe-Şimşek" əməliyyat zonasında PKK terrorçularının hücumu nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib, lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə hərbçilərinin cavab tədbirləri nəticəsində hücumu həyata keçirən 3 terrorçu zərərsizləşdirilib. Hazırda bölgədə əməliyyat davam edir.