14 Avqust 2021 13:49
1 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvarda suda boğulan körpənin kimliyi müəyyənləşib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, uşaq 03.08.2020-ci il təvəllüdlü İmamzadə Polad Hökuməli oğludur. Uşağın anası isə 1992-cı il təvəllüdlü Gülər İmanzadədir.

Gəlinin qayınatası Nəzərov əli Polad oğlu, həyat yoldaşı isə Nəzərov Hökməli Əli oğludur.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Adının çəkilməsini istəməyən kənd sakinlərindən birinin bildirdiyinə görə, gəlin ailədə davamlı zorakılıq görüb. Dünən gecə də evdə döyülən qadın yaxınlıqda su tapmadığından kəndin girişində, qəbiristanlığın yanından axan şor kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala atıb.

Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından 3 ilin gəlini olan qadına heç nə olmayıb, yosunların arasında itən uşaq isə tələf olub.

Hadisə yerinə prokurorluğun müstəntiqləri gəlib.

Teleqraf.com xəbər verir ki, faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Qadın həbs olunub.

***

12:24

Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb. Həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər