24 Avqust 2021 10:38
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis mülki geyimdə ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirlərini davam etdirir.

DİN Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mülki geyimdə keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən, müəyən olunan norma və qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur, hərəkət iştirakçıları və sürücülərlə ilə profilaktik söhbətlər aparılır.

Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu Bakı Metropoliteninin metrostansiyalarında, ictimai nəqliyyatda, taksilərdə, eləcə də digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər