24 Avqust 2021 12:34
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər.

Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib.

Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər