Kabil hava limanında olan Ukrayna təyyarəsi naməlum şəxslər tərəfindən ələ keçirilərək İrana qaçırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin açıqlama verib.
O, Ukrayna təyyarəsinin naməlum silahılar tərəfindən ələ keçirildiyini bildirib:
“Əslində, təyyarəmiz oğurlanıb, ukraynalıları Əfqanıstandan çıxarmaq əvəzinə göyərtəsində bir qrup naməlum sərnişinlə İrana uçub”.
Yenin təyyarənin taleyi haqda məlumat verməyib.