27 Avqust 2021 11:51
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki,, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı həmin qəsəbə ərazisində yaşayan Kəmalə Mədəti tutulub.

Polis Şöbəsində onun əlində olan pulqabıya baxış zamanı ümumi çəkisi 15 qrama yaxın olan heroin və metamfetamin aşkar olunub.

Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqəsədi ilə onlayn yolla aldığı məlum olub.

Qeyd edilən faktla bağlı 4-cü polis şöbəsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinə göndərilib.

Kəmalə Mədətinin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər