28 Avqust 2021 23:38
2 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vaşinqton Post" qəzeti avqustun 16-da Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkədən qaçmaq istəyərkən təyyarədən yıxılıb ölən Fəda Məhəmmədin hekayəsini yaymlayıb.

Teleqraf.com xəbər verir ki, Fəda Məhəmməd Əfqanıstanda diş həkimi işləyirmiş.

Qəzet Fədanın bu qədər təhsilli olmasına baxmayaraq təyyarəni tutmağa cürət edəcək qədər qorxduğuna diqqət çəkib.

Avqustun 15-də Taliban Kabili mühasirəyə alanda Fəda Məhəmməd ailəsinə “Facebook”da gördüklərini danışıb. Hadisədən bir gün əvvəl Fəda atasına zəng edərək Kanada və ABŞ-ın Kabil hava limanını tərk etmək istəyən hər kəsi təyyarələrlə təxliyə etdiyini deyib. Qəzetin yazdığına görə, atasını necə təxliyə edəcəyini düşünəndə bu vəziyyətin çətinliyi üzündən çox uzağa getməmək qərarına gəlir. Hadisə günü klinikaya yollanmaq üçün səhər saat 08:30-da evdən çıxır.

Fəda Məhəmməd atası ilə görüşdükdən bir neçə saat sonra ümid bağladığı təyyarədən yıxılaraq faciəvi şəkildə ölür. Onun cəsədi hava limanına yaxın bir evin damında tapılır.

Bu ağrılı hadisə Əfqanıstanda baş verənlərin simvollarından birinə çevrilsə də, ailəsi hələ də şokdan çıxa bilməyib. Atası qəzetə verdiyi açıqlamada üsyanını belə ifadə edib: “Əgər biri təyyarənin xaricindən yapışırsa, pilotun uçmaq haqqı varmı? Pilotun etdikləri insanlıqdan uzaqdır. Onu ağcaqanad kimi öldürdülər, insan olduğunu belə düşünmədilər".

10 uşaqlı ailənin ən böyüyü olan Məhəmmədin dünyaya gəlişi Talibanın ilk dəfə hakimiyyətə yiyələndiyi dövrə təsadüf edib. Atası tekstil məhsulları sataraq oğluna təhsilini tamamlamasına kömək etməyə çalışıb. Məhəmməd məzun olduqdan sonra şəhərin ən işlək küçələrindən birində klinika açıb. Atası Məhəmmədin ayda orta hesabla 200 dollar qazandığını bildirib.

Əmisi oğlu Məhəmməd Bəşir isə deyib ki, Fəda ilə bəzən xaricdə yaşamağı xəyal edirlərmiş. Bəşir taliblərin irəliləməsi ilə savadlı bir insan olan Məhəmmədin narahatlıq keçirdiyini də deyib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər