9 Noyabr 2014 02:52
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov Berlin divarının yıxılmasının 25-ci ildönümündə Qərb ölkələri ilə Rusiya arasında etimad mühitinin çökdüyünü bildirib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, Qorbaçov "dünyanın yeni bir soyuq müharibənin astanasında olduğunu" deyib.

Yeni Siyasət Forumu tərəfindən Berlində təşkil edilən "Yeni böhranlar, yeni şübhələr, yeni divarlar" adlı konfransa qatılan Qorbaçov Qərb ölkələrinin siyasətini tənqid edib.

1989-ci ildə Berlin divarının yıxılması və bunun ardınca Soyuq müharibənin sona çatmasının Avropada sülh, sabitlik və əməkdaşlıq üçün böyük bir fürsət yaratdığını deyən Qorbaçov Qərb ölkələrinin son 20 ildə apardığı siyasətlə bu fürsəti dəyərləndirmədiklərini bildirib:

"Soyuq müharibənin sona çatması, yeni Avropa və təhlükəsiz dünya düzəni üçün bir başlanğıc idi. Ancaq Qərb, xüsusilə də ABŞ, söz verdiyi kimi, Avropanın təhlükəsizliyi naminə yeni təşkilatlar və mexanizmlər inşa etmədi, qələbə eyforiyasına qapıldı.

Rusiyanın zəifləməsindən, tarazlıqlayıcı qarşı gücün olmamasından yararlanıb, dünyanın tək lideri kimi davranmağa başladılar. Bir çoxlarının xəbərdarlığını artıq nəzərə almadılar. Son bir neçə ayda baş verən hadisələr dar fikirli siyasətlərin öz partnyorlarının maraqlarını görməməzlikdən gəldiyini göstərir.

Dünya Berlin divarının yıxılmasından bu yana heç zaman bugünkü qədər gərgin bir mühitdə olmadı. Böyük gücləri arasında dialoqun olmaması böyük narahatlıq doğurur. Mən hər zaman optimist olmuşam. Ancaq mövcud vəziyyətdə optimist olmaq çox çətindir. Dünya yeni bir soyuq müharibənin astanasındadır. Hətta bəziləri bunun çoxdan başladığını söyləyir".

Nihad


Müəllif:

Oxşar xəbərlər