31 Avqust 2021 16:34
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kütahya vilayətinin Altıntaş bölgəsində 5 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 14.04-də qeydə alındığını açıqlayıb.

Zəlzələ yerin 7.16 kilometr dərinliyində baş verib.

İlkin məlumata görə, dağıntı və itki yoxdur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər