6 May 2014 11:46
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xaçmazda ruspərəst qüvvələrin fəallaşması, əhali arasında Rusiya pasportlarının paylanması və s, bu səpkidən olan məlumatların heç bir əsası yoxdur. Mən üç gündən bir burada oluram. İnsanlarla söhbətlər edirəm. Onlarda Rusiyaya meyllilik kimi hallar müşahidə etməmişəm".

Bunu Teleqraf.com-a açıqlamasında Xaçmazdan olan millət vəkili İlham Əliyev rayonda rusiyapərəst qüvvələrin fəallaşması barədə mətbuatda yazılanlara münasibət bildirərkən qeyd edib.

İ.Əliyevin sözlərinə görə, Xaçmazda insanlar ümumiyyətlə regionda baş verənlərdən xəbərsizdilər: "Mətbuatda yazılanlar cəfəngiyyatdır. Rayonda insanlar Rusiyanın xarici siyasətindən, bölgədəki siyasi durumdan xəbərsizdilər. Əgər belədirsə, hansı siyasi fəallaşmadan söhbət gedə bilər. İnsanları gündəlik sosial durumları maraqlandırır".

Qeyd edək ki, mətbuatda Azərbaycanın şimal rayonlarında rusiyapərəst qüvvələrin fəallaşması, hətta rayonların birində icra hakimiyyətinin binasına Rusiya bayrağının sancılması barədə məlumat yayılıb.

Ruslan


Müəllif: