Sentyabrın 6-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar olunub.
Teleqraf.com-un xəbərinə görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə orqanları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejiminin pozulması) maddəsi iki nəfər barəsində cinayət işi başlanıb.
Hazırda istintaq hərəkətləri davam edir.