Sosial şəbəkədə YAP-nın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun barəsində biabırçı video yayılıb.
Teleqraf.com xəbər verir ki, "Facebook" mesenceri üzərindən qeydə alınan videoda Türkiyə vətəndaşı olan bir xanımla R.Göyüşovun açıq-saçıq görüntüləri əks olunub.
Məsələ ilə bağlı R.Göyüşovun özü ilə əlaqə saxlayıb münasibətini öyrəndik.
R.Göyüşovun münasibəti qısa oldu: "Videomontajdır və şantaj xarakteri daşıyır".
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə bu cür şantaj xarakterli videoların sayı artıb. Özünü Türkiyə vətəndaşı kimi təqdim edən qadınlar "Facebook"un Azərbaycan seqmentində kişilərlə mesencer vasitəsilə tanış olur, onlarla intim xarakterli təmaslar qururlar. Kişilərin açıq-saçıq görüntülərini əldə edən həmin qadınlar daha sonra şantaja əl atırlar. "Ya pul göndərin, ya da görüntüləri sosial şəbəkədə paylaşacağıq" şantajı ilə vətəndaşlardan pul qoparmağa çalışırlar.