12 Sentyabr 2021 13:12
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb.

Həmin şəxslə izahedici söhbətlər aparılıb və tibb işçilərinin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

Sevcan Məmmədova barəsində Balakən rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər