12 Sentyabr 2021 17:43
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına əsasən şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarından irəli gələn tələblərin icrası ilə bağlı Cəlilabad rayon polis .öbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində şənbə və bazar günləri günləri qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan mikroavtobus sürücüləri aşkarlanıb.

Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunub.


Müəllif: Teleqraf.com