15 Sentyabr 2021 13:21
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Elşən Quliyev və Nahid Qurbanov saxlanılıblar.

Onların üzərinə keçirilən baxış zamanı “patı” kimi tanınan psixotrop maddə metamfetamin və marixuana aşkar edilib.

Faktla bağlı Salyan rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov