16 Sentyabr 2021 10:55
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda 30 yaşlı qadın itkin düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

İmişli rayonunun Məzrəli kənd sakini, 30 yaşlı Südabə Məmmədova avqust ayının 9-da səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

“Südabə Məmmədovanın əlamətləri belədir: boyu 158 sm., orta bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin və qaşlarının rəngi qəhvəyidir. Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin İmişli rayon polis şöbəsinə (02124) 6-60-13 şəhər və 055-231-00-32 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, - deyə mətbuat xidmətindən bildirilib.


Müəllif: Hacı Zeynalov