16 Sentyabr 2021 11:20
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 15-də saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Kürdəmir rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər