18 Sentyabr 01:13

Çinin Braziliyanın Rio-de-Janeyro şəhərindəki Baş Konsulluğuna əl qumbarası atılıb.

Teleqraf.com xəbər verir ki, hadisə Çin diplomatik missiyasının müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda da göründüyü kimi, qara paltarlı şəxs çantasından bir əşya götürərək binaya tərəf atır və qaçır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları təhqiqat aparır. Partladılmış cihazın parçaları müayinə üçün götürülüb.

Xəsarət alanların olmadığı bildirilir, yalnız konsulluğun qapıları zədələnib.

Hücum edən şəxsin kimliyi hələ müəyyən edilməyib.


Müəllif: Teleqraf.com