19 Sentyabr 23:26

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi Texas ştatının Fort-Uort şəhərində qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhərin Yanğından Mühafizə İdarəsinin “Twitter” səhifəsində bildirilib.

Səlahiyyətlilərə görə, təyyarə yaşayış sahəsinə düşüb. İki evə ciddi ziyan dəyib. Üç nəfərin yaralandığı bildirilib, onlar xəstəxanaya aparılıb.


Müəllif: Teleqraf.com