21 Sentyabr 2021 11:10
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyunun 6-da Sumqayıt şəhər sakini Vahid İmanlının almış olduğu xəsarətlər nəticəsində ölməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Prokurorluğundan bildirilib.

İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vuraraq qəsdən öldürməsi müəyyən edilib.

İlkin Muxtarova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov