26 Sentyabr 2021 00:57
353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyin məlumat yayıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan Volkova Raya Vasilyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com