Salyan rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayının 23-də rayonun Arbatan kəndi ərazisində yerləşən mağazaların birindən müxtəlif növ elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Zülfüqarov saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Saxlanılan şəxs dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib.
Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir