26 Sentyabr 2021 13:13
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Sentyabrın 25-də Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Kəlbəcər rayonuna müvafiq icazə olmadan getmək istəyən Hikmət Şükürov, Elçin Əliyev, Natiq Cabbarov, Camaləddin Qasımov, Seyfulla Cabbarov, Zamin Qaraye, Firuz Axundov, Niyaməddin Salahov, Baxşeyiş Səmədov, Murad Əliyev və Ramiz Bəndalıyevi saxlayıblar.

Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.

Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində inzibati tənbeh tədbiri görülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər