27 Sentyabr 2021 09:32
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 kv.m olan bir dam altında tikilən müxtəlif təyinatlı 8 ədəd mağazanın dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com