Yunanıstanın Krit adasında 5,8 bal gücündə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Afina Milli rəsədxanasının Geodinamika institutundan bildirilib.
Zəlzələ nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Yeraltı təkanların episentri Kritin paytaxtı Heraklion şəhərindən təxminən 25 km cənubda, ocağı 10 km dərinlikdə yerləşib.
Birinci zəlzələdən qısa müddət sonra 4,3 bal maqnitudasında ikincisi qeydə alınıb.