Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə sentyabrın 29-da, gecə saat 3 radələrində Novxanı bağlar sahəsindəki evlərin birində Tovuz rayon sakini R.Əlixanovun həyətə girən 40-45 yaşlı kişini külünglə qətlə yetirib, meyitini yaxınlıqdakı bağ evinin həyətində basdırması barədə məlumat daxil olub.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib.
Meyit ekshumasiya edilib, şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əlixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil veriib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.