7 Oktyabr 2021 12:47
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qobu qəsəbəsində həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan bir nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Qadir Muradov tutularaq istintaqa təqdim edilib.

Qadir Muradovun üzərində şəxsi axtarış aparılan zaman ondan 110 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Həmin şəxs ifadəsində heroini sosial şəbəkələr vasitəsi tanış olduğu tanımadığı şəxsdən əldə etdiyi bildirib. O, Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Qobu polis bölməsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov