7 Oktyabr 2021 13:33
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonunun Goradil kəndi ərazisində Bakı şəhər sakini Qasım Abbasovun idarə etdiyi “Renault” və Daşkəsən rayon sakini B.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində Q.Abbasov hadisə yerində ölüb, digər sürücü və bir sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov