12 Noyabr 2014 22:21
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 12-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

İran Prezidenti Həsən Ruhani dedi: “Çox sevinirəm ki, nümayəndə heyəti ilə birlikdə bu gün aramızda ortaq dəyərlərin olduğu dost, qardaş və qonşu Azərbaycanda Sizin qonağınızıq. Biz bu səfəri əvvəlki görüşlərimizlə bərabər elə bir səviyyədə qiymətləndiririk ki, qarşılıqlı əlaqələrin genişlənməsi və möhkəmlənməsi üçün irəliyə atılan addım olsun. Biz Davosda, Tehranda, Həştərxanda və bu gün də Bakıda görüşürük, müzakirələr aparır və artıq bu, bizim dördüncü görüşümüzdür. Düşünürəm ki, biz dörd mərhələdə irəliyə doğru addımlar atmışıq”.

Həsən Ruhaninin sözlərinə görə, şübhə yeri yoxdur ki, ölkələrimiz arasındakı əlaqələr iki xalqın mənafeyinə xidmət edəcək: “Ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi üçün mövcud olan imkanlardan yaxşı istifadə edə bilərik. Əvvəlki bütün danışıqlarda, məsul şəxslərin görüşlərində və əldə olunan razılaşmalarda biz iki ölkə arasında mövcud olan imkanların yalnız cüzi hissəsindən istifadə etmişik.

Amma bununla yanaşı, iqtisadi, mədəni, sərhəd məsələlərində, Xəzər dənizindən istifadə, həmçinin siyasi, beynəlxalq məsələlərdə əməkdaşlıq üçün böyük potensial var. Biz bu gün və sabah danışıqlarda bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün imkanlardan istifadə edəcəyik. Yaranan fürsətdən istifadə edib maraq doğuran bütün məsələlər haqqında müzakirələr aparacağıq. Şübhəsiz ki, bütün bu danışıqlar yaxın gələcəkdə növbəti əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə təsir göstərəcək”.


Müəllif:

Oxşar xəbərlər