12 Oktyabr 2021 11:52
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 9-da, saat 21 radələrində Qəbələ rayonu, Tikanlı kənd sakini 1987-ci il təvəllüdlü Sənur Ağahüseynovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyitinin Tikanlı kəndinə yaxın ərazidə aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Qəbələ rayon Prokurorluğundan bildirilib.

Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı, Qəbələ rayonu Uludaş kənd sakini 2003-cü il il təvəllüdlü Kənan Mustafayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar törədilməsi müəyyən edilib.

Kənan Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov