12 Oktyabr 2021 17:50
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Ramazan Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Aqil Musayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə Kürdəmir rayonunun Xırdapay kəndində baş verib. Bu ilin iyunun 22-də Ruslan Əsədovun ölməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

İlkin araşdırmalarla Ramazan Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ruslan Əsədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi müəyyən edilib.

Qətl törədən Ramazan Qurbanov və Ruslan Əsədov rayonun Xırdapay kəndinə usta işləyib. Onlar bu kənd sakinlərindən birinin evində təmir işləri görmək üçün gəliblər.

Hadisə baş verən zaman onların hər ikisi sərxoş vəziyyətdə olublar. Bir süfrə arxasında yeyib içən zaman ustaların sözü bir-birinin boğazından keçməyib. Belə olan halda Ramazan Qurbanov iş yoldaşı Ruslanın boyun nahiyəsinə bıçaq zərbəsi vurub.

Nəticədə Ruslanın boğaz nahiyəsində damar kəsilib və o yerindəcə ölüb.

İstintaq orqanı tərəfindən Ramazan Qurbanovun barəsində inayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov