Lənkəranda 62 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.
Teleqraf.com xəbər verir ki, rayonun Şilavar kənd sakini, 1959-cu il təvəllüdlü Mirtağı Qurban oğlu Nəsirov qoz yığmaq üçün ağaca çıxıb və ehtiyatsızlıqdan yaxınlıqdan keçən yüksək gərginlikli elektrik cərəyanına toxunub.
Faktla bağlı araşdırma aparılır.