13 Oktyabr 2021 09:44
291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Nizami rayonunda köhnə anbar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 1600 kv.m olan anbarın (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları, şüşə-pambıqdan ibarət divar üzlüyü və içərisinə yığılmış istifadəyə yararsız taxta məmulatları 216 kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com