17 Oktyabr 19:26

Kürdəmir rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şahbəyli kəndində qeydə alınıb.

1999-cu il təvəllüdlü Səfərov Əli Habil oğlu özünü kənd məktəbinin həyətində asaraq intihar edib.

İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com