17 Oktyabr 22:14

Bərdədə baş verən yol qəzası nəticəsində 5 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdı.

Teleqraf.com xəbər verir ki, hadisə Bərdə rayonunun Mirzəxanlı kəndində baş verib. Yolla hərəkətdə olan vaz və opel markalı minik avtomobilləri bir birinə çırpılıb.

Faktla bağlı araşdırma işləri başlanıb.


Müəllif: Teleqraf.com