18 Oktyabr 2021 11:24
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Oktyabr ayının 17-də rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsinin ərazisində yaradılan stasionar postda Yevlax rayon sakini Xəyal Babayevin idarə etdiyi “VAZ” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.

Yoxlama məqsədi ilə avtomobilə baxış keçirilib və narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov