19 Oktyabr 2021 17:05
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət üçtərəfli işçi qrupunun iclasının gündəliyi dəyişməyib.

Teleqraf.com xəbər verir ki, bunu bu gün İrəvanda jurnalistlərə açıqlamasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

O deyib: “Bizim deblokada ilə bağlı tənzimləmələrin MDB ölkələrinin hüquq bazası çərçivəsində həyata keçiriləcəyi ilə bağlı müəyyən fikirlərimiz və ilkin razılaşmalarımız var. Həmçinin, avtonəqliyyat əlaqə vasitələri ilə bağlı da məsələlər var”.

Baş nazirin müavininin sözlərinə görə, “əgər biz deblokasiyadan danışırıqsa və bu ideyaya inanırıqsa, bunun regional əhəmiyyətli bir hadisə olması və Ermənistan üçün çox vacib olması təbiidir”.

“Regionun rolu sülhün əsas təminatçı, yaxud təminatçılarından biridir. Əlbəttə, biz hansısa həll yolu tapa bilsək, digər ölkələr, məsələn Gürcüstan və İran bu nəticələrlə əlaqəli ola bilərlər, ancaq söhbət daha bir tərəfin üçtərəfli formatda müzakirələrə cəlb edilməsindən getmir”, - deyə o bildirib.

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Ermənistan, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət üçtərəfli işçi qrupunun iclasında iştirak etmək üçün sabah Moskvaya gedəcəyini də vurğulayıb.


Müəllif: Səxavət