21 Oktyabr 2021 15:26
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunun "Memar Əcəmi" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, 1981-ci il təvəllüdlü Çingiz Orucov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Metropolitenində polis şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

Çingiz Orucov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov