21 Oktyabr 2021 17:03
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonu, Xudat şəhəri 5 saylı ümumi orta məktəbin 8-ci sinif şagirdi Xədicə Rəcəbova vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Ağamirzə Əzimov məlumat verib. O qeyd edib ki, şagird ötən həftədən bəri qızdırması olduğuna görə ev şəraitində müalicə alıb: “Dünəndən məktəbə gəlməyə başlayıb. Bu gün isə məktəbdə halı pisləşib. Ona təcili yardım çağırıblar. Daha sonra xəstəxanada dünyasını dəyişib. Valideyni bildirir ki, evdə qızdırmalı olduğuna görə müalicə alıb".

A. Əzimovin sözlərinə görə, hələ həkim rəyi ilə tanış olmayıb: "Ona görə də onun koronavirusdan vəfat edib-etmədiyi barədə nəsə deyə bilmərik”.


Müəllif: Teleqraf.com