13 Noyabr 2014 17:32
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pənah Hüseyn: “Onun dediklərini təsdiqləmirəm”

Başqanlığa keçmiş namizəd, Qubad İbadoğlunun əsas tərəfdarlarından olan Səxavət Əlisoy başqan Arif Hacılı barədə yeni ittiham irəli sürüb. O, partiya başqanını yalan danışmaqda suçlayıb.

Arif Hacılının “Yeni Müsavat” qəzetinə müsahibəsində “Başqan seçilməsəydiniz nə edəcəkdiniz” sualına cavabı S.Əlisoyun sərt reaksiyasına səbəb olub.

A.Hacılı deyib ki, 20 ildən çoxdur Müsavat Partiyasında fəaliyyət göstərdiyini və bu müddət ərzində partiyada keçirilən bəzi seçkilərin nəticələrindən, müxtəlif təyinatlardan, müxtəlif seçki kampaniyalarında verilən təqdimatlardan narazı qaldığı vaxtlar olub: “Bu narazılığımı şəxsi söhbətlərdə həm İsa Qəmbərə, həm Müsavat rəhbərliyində olan digər dostlarıma demişəm. Amma sonra ya şəhər kənarına çıxmışam, ya Zaqatalaya getmişəm, Qafqaz dağlarında gəzmişəm, təmiz hava almışam, bir-iki həftə oralarda gəzib beynim aydınlaşdıqdan sonra yenə də qayıdıb gəlib Müsavat Partiyasında öz fəaliyyətimi davam etdirmişəm. Bu qurultayın nəticəsində başqan seçilməsəydim, eyni ssenari təxminən təkrar olunacaqdı”.

S.Əlisoy isə xatırladıb ki, A.Hacılı vaxtilə küsüb partiya sıralarını tərk edib: “Nağıl danışma, Arif Hacılı. Sən Məclis sədrliyini uduzduğun seçkinin ertəsi günü partiya sıralarını tərk etmək barədə istefa ərizəsi verib getdin Zaqatalaya. Sən küsüb gedən günün axşamı partiyada sənin üçün nizamnamədən kənar bir vəzifə - Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsi təsis olundu. İstəsən, o vəzifənin ideya müəllifinin adını də çəkə bilərəm - Pənah Hüseyn! Amneziyan varsa, həkimə get. Yoxdursa düz danış”, - deyə o bildirib.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Teleqraf.com-a açıqlamasında S.Əlisoyun iddialarına aydınlıq gətirib. Onun sözlərinə görə, Müsavat Partiyasında gedən prosesləri daxili işləri sayır və bu səbəbdən qarışmaq istəmir: “Səxavət Əlisoyun dediklərinə gəlincə, onun səsləndirdiyi fikirləri təsdiqləmirəm. Bu, Müsavat Partiyasının başqanı və onun rəhbərliyinə aid olan məsələdir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər