24 Oktyabr 2021 10:14
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Binəqədi rayonunda altımərtəbəli fabrik binanın birinci mərtəbəsində ümumi sahəsi 30 m² olan otağın yanar konstruksiyaları yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com