24 Oktyabr 2021 11:43
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Saatlı və Sabirabad rayonlarında gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Hər iki rayon ərazisində polis əməkdaşları fəaliyyətinə icazə verilən və insanların sıx olduğu qapalı məkanlarda mütəmadi olaraq nəzarət tədbirləri keçirir, sahibkarlarla, eləcə də vətəndaşlarla izahedici söhbətlər apararaq, təyin olunmuş qaydalara riayət etməyə tapşırırlar.

Sakinlərə pandemiyanın törədə biləcəyi ağır fəsadlar barədə geniş məlumatlar verən şöbə əməkdaşları, onlara COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə biganə qalmamağa çağırır, özlərinin və yaxınlarının sağlamlığı üçün qapalı məkanlarda daxil olan zaman mütləq qaydada tibbi maskalardan istifadə etmələrinin vacibliyini barədə tövsiyələr verirlər.

Keçirilən tədbirlər zamanı edilən tövsiyələrə və xəbərdarlıqlara baxmayaraq, qaydaları pozan şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.


Müəllif: Hacı Zeynalov