25 Oktyabr 2021 10:57
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda oğurluq hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Tovuz rayon polis şöbəsinə rayon sakininə məxsus fərdi yaşayış evindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub. Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar keçirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, rayonun Bozalqanlı kənd sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov oktyabrın 22-də fərdi yaşayış evinə qeyr-qanuni yolla daxil olaraq oradan 8 500 manat nağd pul oğurlayıb.

Şübhəli şəxs maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov