25 Oktyabr 2021 15:05
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda qohumunu öldürməyə cəhd edən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Teleqraf.com-a Sabirabad rayon Prokurorluğundan bildirilib.

İstintaqla zərərçəkmişin qohumu Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fuad Zaidova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov