26 Oktyabr 2021 09:56
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda baş verən yol qəzasında yol polisi xəsarət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Teleqraf.com-a bildirib ki, hadisə gecə saatlarında paytaxtın Xətai rayonunda baş verib. Hərəkətdə olan "Gelandewagen" markalı avtomobil yolda xidmətdə olan Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə məxsus avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan polis əməkdaşı xəsarət alıb.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.


Müəllif: Teleqraf.com