28 Oktyabr 2021 11:41
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamın işğaldan azad olunmuş ərazisində qolları məftillə bağlı kişi və qadın skeletinin tapılması ilə bağlı araşdırma aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.

Hazırda faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov