28 Oktyabr 2021 16:04
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 17 yaşlı Sənay Yağmura (Qəhrəmanlı) təcavüz etməkdə ittiham olunaraq həbs edilən Əsgər Ağayevin apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinnin qərarı ilə Əsgər Ağayevin apelyasiya şikayətini təmin edilməyib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əsgər Ağayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sənay Yağmur bu ilin oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını bildirib.

İstintaq orqanı tərəfindən Əsgər Ağayevin barəsində Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Sənay Yağmur AXCP üzvü Fuad Qəhrəmanlının qızıdır.


Müəllif: Hacı Zeynalov