3 Noyabr 2021 11:44
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirimiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı, əldə olunması və daşınması ilə əlaqədar 7 nəfər tutularaq istintaqa cəlb edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rəşid Ələkbərov, Miri Rüstəmov, Elnur Mehdiyev, Ramin Şahsuvarov, Anar Bəylərov, Səbuhi Məmmədov və Emil Əliyev saxlanılıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı M.Rüstəmova məxsus heroin və külli miqdarda metamfetamin, E.Əliyev, A.Bəylərov, S.Məmmədovdan heroin, R.Ələkbərovdan bir kiloqrama yaxın marixuana, eləcə də R.Şahsuvarov və E.Mehdiyevdən də marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov